Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.4 qarşılaşmada “Sabah” və “Neftçi” üz-üzə gələcək. Bu görüşlərdə favorit kimdir? “Sabah” 3-cü dəfə çempionluğunu rəsmləşdirə biləcəkmi?
Suallarımızı veteran basketbolçu Anar Sarıyevə ünvanladıq. Mütəxəssis
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Pley-off”dan da öncə qeyd etmişdim ki, finalda “Sabah” ilə “Neftçi” mübarizəsini görəcəyik. Sürpriz reallaşmadı və qənaətim düz çıxdı. Mənə görə cütün favoriti “Sabah”dır. Amma “Neftçi”ni də hesabdan silmək olmaz. Onlar rəqibinə baş ağrısı olmaqla sona qədər döyüşəcəklər. Çətin, maraqlı oyuna tamaşa edəcəyik”.
Sport1.az