Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.4 qarşılaşmada “Sabah” və “Neftçi” üz-üzə gələcək. Bu görüşlərdə favorit kimdir? “Sabah” 3-cü dəfə çempionluğunu rəsmləşdirə biləcəkmi?
Suallarımızı veteran basketbolçu Fuad Niftəliyevə ünvanladıq. Mütəxəssis
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Düşünürəm ki, maraqlı mübarizəyə şahidlik edəcəyik. Bu dueldə “Sabah”ı daha şanslı sayıram. Hesab edirəm ki, rəqibini üstələməklə onlar növbəti çempionluqlarını təmin edəcəklər”.
Sport1.az