Bu gün Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Görüşdə qalib gələcəyi təqdirdə, Ağdam təmsilçisi çempionluğu rəsmiləşdirəcək. "Ağ-qaralar" buna imkan verəcək? Görüş haqda fikirlərini öyrənmək üçün Vaqif Sadıqovla əlaqə saxladıq. Mütəxəssis
Sport1.az-a açıqlamasında Azərbaycan derbisi haqda bunları söylədi:
“Maraqlı, intriqa dolu matç olacaq. Kağız üzərində “Qarabağ” üstün tərəf olsa da, bu komandalar arasında görüş həmişə prinsipal xarakteri daşıyıb. Odur ki, bu derbidə kimisə favorit hesab etmirəm. “Neftçi” – “Qarabağ” dueli həmişə tarixdə iz qoyub. Bu gün də növbəti gərgin, tarixi futbol matçına şahidlik edəcəyik”.
Sport1.az