2025/26 mövsümündə ölkəmizi Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. 2-ci təsnifat mərhələsində mübarizə aparacaq Ağdam təmsilçisinin potensial rəqibləri bəlli oldu. “Köhlən atlar” aşağıdakı klublarla qarşılaşa bilər:
“Riyeka” (Xorvatiya), “Jalgiris” (Litva), “Pafos” (Kipr), RFŞ (Latviya), “Zrinjski” (Bosniya və Hersoqovina), “Linkoln” (Cəbəllüttariq), “KuPS” (Finlandiya), TNS (Uels), “Drita” (Kosova), “Breydablik” (İslandiya), “Linfield” ( Şimali İrlandiya), “Buduçnost” (Monteneqro).
Görəsən, hazırda bu komandalardan hansı “Qarabağ”a uyğun rəqibdir? Ağdam təmsilçisi adları çəkilənləri asanlıqla keçə bilər? Suallarımızı millimizin sabiq futbolçusu Rəşad Sadiqova ünvanladıq. Mütəxəssis məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Kağız üzərində bu klubların heç biri “Qarabağ”ın rəqibi deyil. Komandamız bubları rahatlıqla keçəcək. Amma hər şey kağız üzərində həll olunmur. Çünki elə vaxtlar da olur ki, zəif komandalar güclüləri üstələyir. Bura Çempionlar Liqasıdır. Hər ölkənin çempionları oynayır. ”Qarabağ”dan nə qədər zəif olsalar da, nəsə etməyə çalışacaqlar. “Riyeka” ilə oyunda çətinlik çəkə bilərik”.ZAUR SALMAN
Sport1.az