Klublarımızın Konfrans Liqası macərası başlayır.
Bu gün "Zirə" II təsnifat mərhələsində "Hayduk"la qarşılaşacaq.
Görüşdə komandamızın qələbə qazanmaq ehtimalı var? "Zirə" bu rəqibi keçə bilər? Suallarımızı Rüstəm Məmmədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Püşatmadan sonra demişdim ki, “Zirə” üçün çox çətin rəqib düşdü. “Hayduk” həm ölkəsinin adlı-sanlı komandalarındandır, həm də onlar hər il avrokuboklarda çıxış edir və yaxşı nəticələrdə göstərirlər. Split təmsilçisində yeni ispan baş məşqçi var. O, özünü yaxşı tərəfdən göstərmək, komandanın uğur qazanması üçün bütün gedişlərdəm istifadə edəcək. Buna rəğmən, “qartallar”ı hesabdan silmək olmaz. Rəşad Sadıqov illərdir bu klubdadır və futbol fəlsəfəni oyunçularına aşılaya bilib. Məhz yığmamızın sabiq kapitanı sayəsində “Zirə” illərdir stabil çıxış edir. Təmsilçimizin uğur qazanacağına və mərhələ keçəcəyinə inanıram. Bu, onlar üçün asan başa gəlməyəcək”.
MİRZƏ S.
Sport1.az