Bu gün Azərbaycan Kubokunun finalı keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.
Qarşılaşmanın favoriti kimdir? Hansı klub Azərbaycan Kubokunun qalibi olacaq? Suallarımızı Fərid Namazova ünvanladıq. Gənc məşqçi
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Düşünürəm ki, bu görüşdə favorit "Qarabağ"dır. Amma nəzərə alsaq ki, "Sabah"ın avrokuboklara getmək üçün son şansıdır və cəmi bir oyundan ibarət olacaq raunddur, o zaman hər şey ola bilər. Maraqlı oyun olacağı isə dəqiqdir".MİRZƏ S
Sport1.az