Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Super Kubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim kimi fəaliyyət göstərib.
Sport1.az xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.
İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Super Kubokun sahibi olub.
Elçin Məsiyev bu təyinatla UEFA Super Kuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb.
Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.
Sport1.az