UEFA Superkuboku uğrunda mübarizə aparacaq komandaların adları bəlli olub.Sport1.az xəbər verir ki, Superkuboka ilk vəsiqəni mayın 21-də Avropa Liqasının finalında digər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gələn “Tottenhem” qazanıb.
Kubok oyununun digər iştirakçısı isə Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”i 5:0 hesabı ilə darmadağın edən Fransa PSJ-sidir.
Beləliklə, avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçiriləcək UEFA Superkubokunda PSJ və "Tottenhem" komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, sözügedən komandalar indiyə qədər rəsmi görüşlərdə qarşılaşmayıblar.
Sport1.az