FIFA referisi Kamal Umudlu Əvəzedicilər Liqasına göndərilib.Sport1.az xəbər verir ki, ədalət təmsilçisi hazırda davam edən “Turan Tovuz-2” – “Sumqayıt-2” görüşünü idarə edir.
Hakin nöyük ehtimalla Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” (1:3) oyunundakı səhvlərinə görə cəzalandırılıb.
O, matçın 83-cü dəqiqəsində baş verən davaya görə Naxçıvan komandasının futbolçusu Felipe Santosu meydandan qovsa da, hadisədə iştirak edən rəqib oyunçular Musa Qurbanlı və Elvin Cəfərquliyevə sarı vərəqə göstərməklə kifayətlənib. Lakin epizodu incələyən AFFA İntizam Komitəsi "Qarabağ"ın hər iki üzvünü 1 oyunluq cəzaya məruz qoyub.
Qeyd edək ki, Kamal Umudlu FIFA referisi dərəcəsinə 2023-cü ilin dekabrında yiyələnib.
Sport1.az