FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Sport1.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
UEFA Super Kubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.
Görüş avqustun 13-də İtaliyanın Udinise şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.
Sport1.az