"Yeni mövsüm yavaş-yavaş yaxınlaşır. Bu gün ilk yoxlama oyunumuza çıxacağıq".Sport1.az xəbər verir ki, bunu "Zirə" klubu ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək Xorvatiya "Hayduk"unun futbolçusu Filip Krovinoviç Bolqarıstanın MOİK (Sofiya) komandasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl deyib.
30 yaşlı yarımmüdafiəçi fasilədən yeni qayıtdıqları üçün hazırda Sloveniyada toplanışda olan komandasının çox da məşq keçmədiyini bildirib. O, yoxlama oyunları vasitəsilə Azərbaycan təmsilçisi ilə qarşılaşmalara hazırlaşacaqlarını söyləyib:
"Ən əsas məsələ odur ki, zədələr olmasın. Sağlamlıq hər şeydən üstündür. Burada hamı sağlamdırsa, biz heç nədən narahat olmamalıyıq".
Qeyd edək ki, "Zirə" və "Hayduk" komandaları arasında ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə olacaq.
Sport1.az