"Hayduk" bu matçın favoritidir. Lakin "Zirə" ciddi və təhlükəli rəqibdir. Onlar ötən mövsüm "Osiyek"i mübarizədən kənarlaşdırmışdılar".
Bu sözləri Sport1.az-a açıqlamasında vaxtilə Azərbaycan millisində işləmiş xorvatiyalı Nikola Yurçeviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk" və "Zirə" arasında keçiriləcək oyunlar barədə danışarkən dedi.
Mütəxəssis Xorvatiya təmsilçisində müəyyən ayrılıqlar olduğunu bildirdi:
"Baş məşqçi Cennaro Qattuzo da komandanı tərk edib. İndi yeni ispan məşqçi onlara rəhbərlik edir. Heyətdə Livaya və Rakitiç kimi məşhur və güclü oyunçular var. Onlar fərq yarada bilərlər. "Zirə'yə gəlincə, komandanı "Rəşad Sadıqov çalışdırır. Bizi gərgin iki görüş gözləyir".
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 23-də “Neftçi Arena”da, cavab qarşılaşması isə ayın 31-də Split şəhərindəki "Polyud" stadionunda gerçəkləşəcək.
Sport1.az