"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk" borc bataqlığında batır.Sport1.az xəbər verir ki, bu məlumatı Split təmsilçisinin sabiq futbolçusu və keçmiş baş məşqçisi İqor Ştimats HRT-yə müsahibəsində verib.
58 yaşlı mütəxəssis klubun 60 milyon avrodan çox borcu olduğunu bildirib:
“Komandanı məndən çox sevən yoxdur. Bunu sözlərlə yox, oyunlarımla sübut etmişəm. Arxamda titullar və nailiyyətlər var. Bütün ailəmin varlığını “Hayduk” üçün təhlükəyə atmışam. Hazırda klubda hərc-mərclikdir. Yığılmış borc 60 milyon avrodan çoxdur. Mövsümün başlamasına az qalıb. Yeni baş məşqçi üçün 400 min avronu çətinliklə toplamışıq. Sabiq baş məşqçisi Cennaro Qattuzonun maaşı yüksək idi. Buna görə də ona dözdülər. Onların çıxış yolu yox idi və italiyalı mütəxəssisin pis qərarları ilə barışmalı oldular”.
Sport1.az