2024/25 mövsümündə “Qaradağ Lökbatan” I Liqada sonuncu oldu. Qəsəbə təmsilçisi qarşıdakı “futbol ili”ndə II Liqada çıxış etməlidir. Bu, baş verəcək? Bir müddət öncə klubun idman direktoru Bəbir Həsənov saytımıza açıqlamasında bu fikirləri səsləndirmişdi:
“İnanmıram ki, klub olaraq aşağı liqada mübarizə aparaq. Təbii ki, bu barədə son qərarı hər şey bəlli olandan sonra rəhbərliyimiz açıqlayacaq”.Görəsən, komandanın gələcək taleyi necə olacaq? Qəsəbə təmsilçisi fəaliyyətini II Liqada davam etdirəcək, yoxsa klub dağılacaq?
Suallarımızı “Qaradağ Lökbatan”ın idman direktoru Bəbir Həsənova ünvanladıq. Klub rəsmisi
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Gələcək fəaliyyətimizin necə olacağını bilmirik. Sponsor olaraq SOCAR-a bağlıyıq. Adı çəkilən dövlət şirkətindən maliyyə dəstəyinin olub-olmayacağı bilinmir. Bu məsələ aydınlaşandan sonra klub rəhbərliyi olaraq yığışıb, qərar verəcəyik. Amma hələlik gözləyirik”.MİRZƏ S
Sport1.az