İtaliyanın "İnter" komandasının futboçusu Denzel Dyumfris UEFA Çempionlar Liqasında (ÇL) yeni nailiyyətlərə imza atıb.Sport1.az xəbər verir ki, 29 yaşlı müdafiəçi buna "Barselona"ya qarşı yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
O, Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində bu raundda iki qol vuran ilk oyunçudur. Bundan əlavə, Dyumfris ÇL-də bir qarşılaşmada "Barselona"nın qapısına iki dəfə yol tapan ilk müdafiəçidir.
Qeyd edək ki, "Barselona" - "İnter" matçı 3:3 hesabı ilə bitib. Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Sport1.az