İngiltərənin "Arsenal" klubunun futbolçusu Deklan Rays UEFA Çempionlar Liqasında tarixə düşüb.[/b]
[b]Sport1.az "Opta Sport"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna "Real"a qalib gəldikləri (3:0) 1/4 final mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
O, qitənin bir nömrəli klub turnirində pley-off mərhələlərində bir qarşılaşmada iki cərimə zərbəsindən fərqlənən ilk oyunçudur.
Daha əvvəl qrup mərhələlərində Rivaldo, Kriştiano Ronaldo, Neymar və Hakim Ziyeş cərimə zərbəsindən dubl etmişdilər.
Sport1.az