İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasın unikal göstəriciyə imza atıb.
Sport1.az xəbər verir ki, polşalı hücumçu üç fərqli komanda ilə bir mövsümdə 10 qol vuran ilk oyunçu kimi turnirin tarixinə düşüb.
Forvard Dortmund "Borussiya"sı, "Bavariya" və "Barselona" ilə bu uğurlara imza atıb. Bundan başqa, Levandovski 35 yaşından yuxarı oyunçular arasında turnirdə ən çox qol vuran futbolçu olub. Hesabında 13 top olan Robert Kriştiano Ronaldo (12 qol) və Edin Dzeko (7 qol) qabaqlayır.
Qeyd edək ki, "Barselona" ÇL-in 1/4 finalının ilk matçında "Borussiya"nı (Dortmund) 4:0 hesabı ilə məğlub edib. Levandovski keçmiş komandası ilə görüşdə dubl edib.
Sport1.az