Bu gün yığmamız yoxlama görüşündə Macarıstan millisi ilə qarşılaşacaq.90 dəqiqə ərzində ölkənin əsas komandası Avropa təmsilçisi ilə oyunda nəyə ümid edəcək? Latviyanı məğlub edə bilməyən milli macarları uda biləcək?
Suallarımızı Əfran İsmayılova ünvanladıq. Millimizin sabiq üzvü mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Latviya ilə oyunda yığmamızdan qələbə gözləyirdim. Baxmayaraq ki, kifayət qədər qol imkanlarımız oldu, amma rəqibi məğlub edə bilmədik. İndi daha güclü yığma ilə oynayacağıq. Təbii ki, gözləntim yenə maksimum nəticədir. Macarlarla görüşdə qələbə qazanmaqla seçmə mərhələyə yollanmalıyıq. Onsuz da qrupdakı rəqiblərimizin gücü hamıya yaxşı bəllidir. Ən azında qələbə qazanaraq özünəinamı bərpa edib, yol çıxmalıyıq”. MİRZƏ S
Sport1.az