Sabiq türkiyəli futbolçu Burak Yılmazın başçılıq etdiyi "Qaziantep"dən məğlubiyyətsizlik seriyası davam edir.
Sport1.az xəbər verir ki, Anadolu təmsilçisi son 6 oyundur ki, məğlub olmur.
Super Liqa klubu bu oyunlarda 4 dəfə qələbə qazanıb, 2 dəfə də heç-heçəyə razılaşıb.
Qeyd edək ki, "Qaziantep" hazırda 14 xalla turnir cədvəlinin 5-ci sırasında yerləşir.
Sport1.az