Türkiyə Super Liqasının VIII turunda "Qalatasaray" evdə "Beşiktaş"la heç-heçəyə razılaşıb - 1:1Sport1.az xəbər verir ki, oyundan sonra sabiq türkiyəli futbolçu Hasan Şaş "cimbom"un yarımmüdafiəçisi Lukas Torreyra haqda bu fikirləri səsləndirib:
"Qalatasaray" rəhbərliyinə səslənirəm. Sabahdan Lukasın müqaviləsini 3 il də uzadın. Son 4 ildə Avropada ondan daha stabil yarımmüdafiəçi görməmişəm. Klubda ən çox maaş alan kimdirsə, onun sözləşməsini düşünmədən Torreyraya verərəm. Bu komandanı ayaqda tutan odur. Son 3 ildəki çempionluqlarımızda əməyi böyük olub".
Sport1.az