Misli Premyer Liqasında 35-ci turunun maraqla gözlənilən oyunlarından biri "Azərsun Arena"da baş tutacaq.Sport1.az xəbər verir ki, lider "Qarabağ" "Kəpəz"i qəbul edəcək.
Görüş artıq qızıl medalı təmin etmiş "köhlən atlar" üçün formal xarakter daşısa da Gəncə təmsilçisinin mövqeyini və 7-ci pilləyə yüksəlmək şansını qoruması üçün vacib əhəmiyyət daşıyır.
Bu tərəflər arasında 61-ci qarşılaşma olacaq. Öncəki oyunların 34-də Ağdam klubu, 14-də isə "dağlılar" qələbə qazanıb. 12 görüşdə isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər Qurban Qurbanovun yetirmələri rəqib qapısına 99 dəfə yol tapıb. "Səbail" isə buraxılan qollardan cəmi 61-nin əvəzini çıxa bilib.
"Qarabağ" 35 oyundur ki, məğlub olmur. Sizcə, "Kəpəz" bu uğurlu statistikaya son qoya biləcək?
Sport1.az