Portuqaliyanın məşhur “ A Bola” nəşri Azərbaycan Premyer Liqası haqda məqalə hazırlayıb.Sport1.az xəbər verir ki, həmkarlarımız “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya komandada gördükləri işdən, “Sumqayıt”ı məğlub etməsindən bəhs ediblər.
Həmin məqaləni diqqətinizə çatdırırıq:
“Ötən həftə “İmişli” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdi. 56 yaşlı Jorj Kaşkilyanın komandası bu mövsüm oynadığı 4 matçın ardından hazırda lider “Araz-Naxçıvan”dan 3 xal geridə qalaraq turnir cədvəlinin 4-cü sırasında yerləşir. Ötən bazar günü “İmişli” “kimyaçılar”ı Mehdi Cənnətovun öz qapısına vurduğu qolla 1:0 hesabı ilə məğlub etdi.
Portuqaliyalı Dioqo Almeyda 90 dəqiqə meydanda qaldı. Azərbaycan təmsilçisinin heyətində braziliyalı Rafael Vieqas, Ronaldo Rodriges və kolumbiyalı Edvin Banqera kimi ölkəmizdə oynamış bir çox oyunçu var.
Çərşənbə axşamı günü Çempionlar Liqasının liqa mərhələsində ilk matçını “Benfika”ya qarşı keçirən “Qarabağ” isə Kaskilyanın komandasından 4 xal və bir oyun fərq ilə 7-ci sırada yer alıb.
Maraq üçün bildirək ki, ötən həftə Azərbaycan milli komandası ilə keçirdiyi 11 matçda 2 heç-heçə və 9 məğlubiyyət əldə edən Fernandu Santuşu istefaya göndərildi”.MİKAYIL HACIYEV
Sport1.az