"Napoli" 2025-ci ilin yanvar-may ayları ərzində 33 yaşlı braziliyalı hücumçu Neymarı komandaya cəlb etməyi düşünürdü.
Sport1.az xəbər verir ki, futbol klubunun prezidenti Aurelio De Laurentis və baş məşqçi Antonio Konte belə bir ulduzun meydandakı performansı və azarkeşlərə təsirini nəzərə alaraq, Neymarın "Napoli" layihəsinə daxil edilmə imkanlarını diqqətlə qiymətləndiriblər.
Lakin A Seriyasının titulundan sonra komandanın balansını və vahid strukturunu qorumaq zərurəti üzündən bu transfer planı həyata keçirilə bilməyib.
Sport1.az