"Arsenal"ın 24 yaşlı fransalı müdafiəçisi Uilyam Saliba London klubunda gələcək planları və kubok şansları barədə danışıb.
Sport1.az xəbər verir ki, Saliba jurnalistlərə açıqlamasında deyib:
"Mənim kuboklarım hələ yoxdur, amma onlar tez gələcək, çünki yaxşı məşqçimiz və güclü heyətimiz var. Mən 'Arsenal'da oynamağa davam etmək istəyirəm, çünki burada özümü evdəki kimi hiss edirəm və uzun müddət qalmaq istərdim."
Saliba 2019-cu ildə "Arsenal"a qoşulub, əvvəlcə "Sent-Etyen", "Nitsa" və "Marseldə" icarə əsasında çıxış edib. Son iki mövsümdə isə o, London klubunun daimi üzvüdür. Ötən həftə müdafiəçi müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb.
Sport1.az