I Liqanın yeni təmsilçisi "Şəfa" 2025/26 mövsümündə iddialı olmaq niyyətindədir.Sport1.az xəbər verir ki, paytaxt təmsilçisinin əsas hədəfi çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaqdır.
Bu səbəbdən də Bakı klubu indidən transfer çalışmalarına başlayıb.
"Şəfa" 2 futbolçu ilə razılaşıb. Söhbət Xəyal Tomarov və Aqil Nəsibovdan gedir.
Yarımmüdafiəçi ötən mövsüm "İmişli"də çıxış edib. Hücumçunun isə son klubu "Mingəçevir" olub.
Hər iki oyunçu ilə 1 mövsümlük müqavilə imzalanıb. Həm Tomarov, həm də Nəsibov "Şəfa"da aylıq 3 min manat qazanacaq.
Sport1.az
Sport1.az