“Qalatasaray”ın “Kocaelispor”a icarəyə göndərdiyi gənc qapıçısı geri döndü.Sport1.az xəbər verir ki, Türkiyə I Liqasının çempionu olaraq Super Liqaya yüksələn “Kocaelispor” Batuhan Ahmet Şen ilə yollarını ayırdığını açıqlayıb.
Qolkiperlə imzalanan icarə müqaviləsində satınalma və müddətin uzadılması ilə bağlı maddələr olsa da I Liqa çempionu bu şərtlərdən istifadə etməyib.
Qeyd edək ki, “yaşıl-qara” forma ilə 4 oyuna çıxan 26 yaşlı “əlcək sahibi” bu matçlarda qapısından 11 top buraxıb.
Sport1.az