Türkiyə Super Liqasının XXXIV turu çərçivəsində “Kasımpaşa” ilə qarşılaşan “Trabzonspor” 10 il sonra ilki yaşayıb.Sport1.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu mövsüm Avropanın 10 böyük liqasında hansısa oyunun birinci hissəsi ərzində qapıya dəqiq zərbə endirə bilməyən, künc zərbəsi yerinə yetirməyən, ofsayda düşməyən və qayda pozmayan ilk komanda olub.
“Trabzonspor” 2014/15 mövsümündən etibarən bunu bacaran birinci klub oldu.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Sport1.az