Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Radomyak” Polşa çempionatının 33-cü turu çərçivəsində “Stal Mielek”in qonağı olub.Sport1.az xəbər verir ki, Renat meydana 72-ci dəqiqədə Abdoul Tapsobanın yerinə daxil olub. Dadaşov oyuna girdikdən sonra fərqlənməyi bacarmayıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablə bərabərliklə başa çatıb.
Sport1.az