"Sampdoriya" İtaliya futbol çempionatlarının C Seriyasına düşüb.Sport1.az xəbər verir ki, bu, klubun tarixində ən pis nəticədir.
Genuya təmsilçisi 2022/2023 mövsümündə A Seriyasını tərk etmişdi. B Seriyasında iki mövsüm keçirən "Sampdoriya" son turda qələbə qazana bilməyərək, daha bir aşağı liqaya yuvarlanıb. Komanda səfərdə "Yuve Stabile" ilə heç-heçə oynayıb - 0:0.
Qeyd edək ki, "Sampdoriya" B Seriyasını 38 turdan sonra 41 xalla 18-ci pillədə başa vurub.
Sport1.az