"Tottenhem" klub tarixində İngiltərə Premyer Liqasında son 20 ilin ən pis göstəricisinə imza atıb.
Sport1.az-ın məlumatına görə, London təmsilçisi çempionatda 18 dəfə məğlub olub.
Angelos Postekoqlunun baş məşqçisi olduğu kollektiv son olaraq ötən gün XXXIII turda evdə "Nottingem Forest"ə yenilib - 1:2.
Paytaxt klubu 2003/2004 mövsümündə Premyer Liqanı 19 məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, komanda 37 xalla 16-cı pillədə qərarlaşıb.
Sport1.az