Səudiyyə Ərəbistanı çempionatının final oyununda “Əl-Nəsr” komandası “Əl-Fateh”ə uduzub.
Sport1.az xəbər verir ki, “Əl-Fateh” stadionunda keçirilən görüş 3:2 hesabı ilə "Əl-Fateh"in xeyrinə başa çatıb.
Kristiano Ronaldo və Sadio Manenin qolları sayəsində önə keçən "Əl -Nəsr" çox keçməmiş hesabda geri düşüb.
Ronaldo "Əl-Nasr"də 100-cü, klub səviyyəsində isə 800-cü qolunu vurub.
O həmçinin 25 qolla Səudiyyə Ərəbistanının mövsümünü bombardir kimi başa vurub və Pro Liqanın Qızıl butsunu qazanıb.
Sport1.az