"Bornmut" klubunun təcrübəli qapıçısı Neto karyerasını yenidən Braziliyada davam etdirə bilər.Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Botafoqo" maraqlanır. 36 yaşlı qolkiperin hazırda transfer dəyəri 1,5 milyon avrodur. Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Arsenal"da keçirən braziliyalı cəmi 4 oyunda meydana çıxıb.
Sport1.az