"Bavariya"nın üzvü Kim Min-Je karyerasını Fransada davam etdirə bilər. Sport1.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Həmkarlarımız Paris təmsilçisinin siyahısında təkcə koreyalının yox, bir çox müdafiəçinin olduğunu bildiriblər.
Qeyd edək ki, Min-Je bu mövsüm meydana çıxdığı 43 oyunda 3 qolla yadda qalıb.
Sport1.az