Ruben Amorim “Mançester Yunayted”dən ayrıla bilər.Sport1.az xəbər verir ki, rəhbərlik klubun liqadakı mövqeyi və uğursuz nəticələri səbəbindən Amorimi komandadan göndərməyi planlaşdırır. Bu barədə “transferdot.com” portalı məlumat yayıb.
Portuqaliyalı mütəxəssis ötən ilin noyabr ayında böyük ümidlərlə “Sportinq”dən gətirilsə də “qırmızı şeytanlar”ı çətin vəziyyətdən çıxara bilmədi.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 39 xalla 16-cı pillədə qərarlaşıb.
Sport1.az