Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İngiltərə çempionatlarında ən çox qol vuran əcnəbi futbolçuların adlarını açıqlayıb.Sport1.az xəbər verir ki, siyahıya 100 və daha çox qol vuran oyunçular salınıb.
Cədvələ bu yaxınlarda 185-ci qolunu vuran “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir. O, əvvəlki rekordçu Serxio Aqueronu 1 qol qabaqlayır. Üçüncü pillədə isə Tyerri Anri qərarlaşıb.
Məhəmməd Salah – 185 qol
Serxio Aquero – 184
Tyerri Anri – 175
Robin van Persi – 144
Duayt York – 136
Cimmi Floyd Hasselbeynk – 127
Son Xın Min – 127
Robbi Kin – 126
Nikola Anelka – 125
Romelu Lukaku – 121
Sadio Mane – 111
Neyl Quinn – 109
Didye Droqba – 104
Kriştianu Ronaldo – 103
Sport1.az