İspaniya La Liqasında ən çox oyun keçirən legioner futbolçular müəyyənləşib. Sport1.az xəbər verir ki, siyahını Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.
Birinci pillədə "Atletiko"da çıxış edən Antuan Qrizmann qərarlaşıb. Fransalı hücumçu İspaniya çempionatında 521 matça çıxıb. O, Lionel Messini arxada qoyaraq rekorda sahib çıxıb. İlk “üçlüy”ü Kərim Benzema qapayır.
Qeyd edək ki, 350 və ya daha çox oyun keçirənlərin siyahısında 15 legioner yer alıb.
Sport1.az