Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2025-ci ildə milli çempionatlarda ən çox qol vuran oyunçuları açıqlayıb.
Sport1.az xəbər verir ki, qurum üç ayın bombardirlərinin siyahısını dərc edib.
Siyahıya Mohanad Ali başçılıq edir. İraqlı hücumçu “Al Şorta”da 15 qol vurub.
Braziliyalı Markos Leonardo ikincidir. O, “Əl-Hilal”da 14 dəfə fərqlənib.
Avropanın ən yaxşısı Usman Dembele cədvəldə 3-cüdür. Fransalı vinger PSJ-də 13 qola sevinib.
Qeyd edək ki, İFFHS-in cədvəlində 9 və daha çox qol vuran 30 futbolçu yer alıb.
Sport1.az