Misirli futbolçu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunun heyətində ilk dəfə bir oyunda qapıya zərbə endirə bilməyib.
Sport1.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
32 yaşlı hücumçunun uğursuzluğu Liqa Kubokunun finalında "Nyukasl"a uduzduqları (1:2) matça təsadüf edib.
Qeyd edək ki, Salah cari mövsüm Mersisayd təmsilçisinin heyətində 43 oyun keçirib, 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az