“Napoli”nin və Belçika millisinin hücumçusu Romelu Lukaku 2026-cı ildə İtaliyanı tərk edib vətəninə qayıtmaq istəyir.Sport1.az “Tuttosport”a istinadən xəbər verir ki, təcrübəli hücumçu daha əvvəl karyerasını "Anderlext"də bitirmək istədiyini bildirmişdi.31 yaşlı forvard oğluna verdiyi sözə əməl etmək üçün 2026-cı il dünya çempionatından sonra Belçika klubuna qayıtmağı planlaşdırır.
Romelunun Neapol təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, peşəkar karyerasına “Anderlext”də başlayıb. Forvard “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” klublarında da çıxış edib.
Sport1.az