“Mançester Siti”nin sabiq futbolçusu Matiya Nastasiç karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.
Sport1.az xəbər verir ki, serbiyalı müdafiəçi “Əl Ula” komandası ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq İspaniyada “Leqanes” forması geyinən müdafiəçi karyerası ərzində “Malyorka”, “Fiorentina”, “Şalke”, “Mançester Siti” və “Partizan”da çıxış edib.
Sport1.az