"Neftçi"nin sabiq futbolçusu Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.Sport1.az xəbər verir ki, 27 yaşlı vinger "Çonnam Draqons"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 2 illik müqavilə imzalanıb. Sen-Marten millisinin üzvü yeni komandasında 50 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Kilan Lebon 2023-cü ilin yanvarr ayından 2025-ci ilin fevralınadək "Neftçi"nin formasını geyinib.
Sport1.az