Ötən mövsüm Yüksək Liqanın qalibi olan "Azərreyl" komandası transfer çalışmalarını davam etdirir.Sport1.az-ın əldə etdiyi məlumata görə, "dəmiryolçular" serbiyalı Ana Krulj ilə müqavilə imzalayıb.
24 yaşlı voleybolçu qarşıdakı bir il ərzində Bakı təmsilçisinin şərəfini qoruyacaq.
A. Krulj ölkəsində "Partizan"ın formasını geyinib.
CAVAD
Sport1.az