Məşhur futbolçu, hazırda "Komo"ya məxsus olan Dele Alli karyerasını bitirməyi düşünür.
Sport1.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
29 yaşlı ingilis yarımmüdafiəçi yay toplanışı zamanı "Komo"dan ayrı məşq edir. O, artıq karyerasını başa vurmağı nəzərdən keçirir.
Alli 2025-ci ilin martında "Komo"da debüt edib. O, meydana çıxdıqdan 9 dəqiqə qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra futbolçu İtaliya təmsilçisinin heyətində oynamayıb. Deli Alli son 2 il yarım müddətində 1 rəsmi oyun keçirib.
Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, D.Alli karyerası ərzində "Everton", "Beşiktaş" və "Tottenhem"in də formasını geyinib.
Sport1.az