Gənc vingerin sabiq ölkəsinə dönüşü gündəmdədir.
Sport1.az xəbər verir ki, "Sampdoria"nın oyunçusu Samuel Ntanda ilə "Anderlext" klubu maraqlanır. Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq 20 yaşlı sol cinah oyunçusunun transfer dəyəri 450 min avrodur.
Qeyd edək ki, konqolu futbolçu ötən mövsüm 32 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az