Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Sport1.az xəbər verir ki, onun çıxış etdiyi «Motor Lüblin» Ekstraklasanın 2-ci turunda «Poqon"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Renat 58-ci dəqiqədə — hesabda 1:3 geridə olduqları vaxt əvəzlənib.
Qeyd edək ki, Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.
Sport1.az