Yassin Benzya Əlcəzair yığmasında növbəti oyununu keçirib.Sport1.az xəbər verir ki, "Qarabağ"ın üzvü DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Botsvanaya qarşı meydana çıxıb.
Səfərdə keçirilən qarşılaşma yarımmüdafiəçinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Benzya 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra Əlcəzair komandası 12 xalla lider mövqeyində qərarlaşıb. Kollektiv martın 25-də öz meydanında Mozambiklə üz-üzə gələcək.
Sport1.az