Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.Sport1.az-ın məlumatına görə, 26 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib.
Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.
Sport1.az