Polşada "Rodemyak"dan "Motor Lublin"ə keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov kkubun rəsmi saytına açıqlama verib.Sport1.az xəbər verir ki, 26 yaşlı hücumçu mövsümün uğurlu olacağına ümid etdiyini söyləyib:
"Komandaya qoşulduğum üçün çox şadam. Yeni mövsümün əvvəlini səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, ilk matçda anşlaq ola bilər. Buna görə də bazar günü keçirəcəyimiz oyunu səbirsizliklə gözləyirəm".Renat Dadaşov "Motor Lublin"lə "1+1" illik müqavilə imzalayıb. Komanda mövsümdə ilk oyununu iyulun 20-də evdə "Arka Qdınya"ya qarşı keçirəcək.
Sport1.az