Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Kubokunda finala yüksəlib. Sport1.az xəbər verir ki, komanda yarımfinal mərhələsinin cavab matçında səfərdə "Partizan"ın qonağı olub.
İlk matçda 0:1 hesabı ilə məğlub olan "Eqnatiya" matçın əsas vaxtında eyni nəticə ilə rövanş ala bilib. Əlavə vaxtda fərqlənməyi bacaran Əliyevin komandası adını finala yazdırmağı bacarıb. Start heyətində meydana çıxan Zamiq sonadək meydanda olub.
Qeyd edək ki, "Eqnatiya" finalda mayın 1-də "Dinamo" (Tirana) ilə qarşılaşacaq.
Sport1.az