I Liqada 21-ci turun oyunları keçirilir.Sport1.az xəbər verir ki, dünən Zaqatalada yerli komanda "Baku Sportinq"i darmadağın edib - 6:1.
Bu məğlubiyyət Bakı təmsilçisinin rəhbərliyində ciddi narazılığa səbəb olub. Belə ki, dünən gecə saat 02:00-da Buzovnada "Baku Sportinq"in icraçı direktoru Hüseyn Rzayev məşqçilər heyəti və futbolçularla iclas keçirib. Klub rəsmisi komandanın son 2 matçda böyükhesabla məğlub olmasının səbəbini soruşub. İclasda qərar qəbul olunub ki, futbolçular 300 manat cərimə olunsunlar. I Liqada mövsümün sonuna qədər hansı oyunçu fərdi səhv etsə, daha sərt cəzalandırılıcaq.
Qeyd edək ki, 21 turdan sonra "Baku Sportinq"in hesabında 26 xal var. Bakı təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Sport1.az